22 
Mar
2021
22:00
518

Volski: "Kimsə Gürcü Arzusundan getmək istəyirsə, yol açıqdır"

"Heç kimin "Gürcü Arzusu"ndan ayrılıb yeni bir siyasi qrupa keçmək istədiyini eşitməmişəm, amma kimsə qərar versə, yol açıqdır".

InterPress.ge xəbər verir ki, bu barədə parlamentin vitse-spikeri Qia Volski Qiorqi Qaxaria haqqında danışarkən söyləyib.

Volskinin qeyd etdiyinə görə, keçmiş baş nazir qərar qəbul edərkən daha prinsipiallıq göstərməli idi.

Onun sözlərinə görə, Qiorqi Qaxaria, "Gürcü Arzusu"nun görkəmli liderlərindən biri idi.

"Düzgün addım atdığını düşünmürəm, bu yaxınlarda baş verən məsələlərə dair siyasi baxışlarının düzgün və dərindən təhlil olunduğunu düşünmürəm, buna baxmayaraq dəfələrlə eyni mövqedə olduğumuzu təsdiq edirəm, o partiyanın görkəmli liderlərindən biri idi.

Düşünürəm ki, dövlət əhəmiyyətli olan qərarlarının daha prinsipial, daha dərindən təhlil və uzaqgörən olduğunu göstərilməli idi", - bildirib Volski.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər