1 USD =
3.4363 GEL
1 EUR =
4.1115 GEL
1 TRY =
0.4271 GEL
100 RUB =
4.4662 GEL
1 AZN =
2.0195 GEL
05 
Apr
2021
13:45
4987

Nazir Gürcüstan-Azərbaycan sərhəddində yerləşən "Qırmızı Körpü" gömrük keçid məntəqəsinə səfər etdi və sərhədlərin açılması ilə bağlı danışdı

Maliyyə Naziri Laşa Xuçişvili Gürcüstan-Azərbaycan sərhədindəki "Qırmızı Körpü" gömrük keçid məntəqəsini ziyarət edib.

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayır.

Nazirin sözlərinə görə, pandemiya səbəbindən müəyyən məhdudiyyətlərə baxmayaraq gömrük infrastrukturumuz 24 saatlıq rejimdə işləməyə davam edir.

"Gürcüstan-Azərbaycan sərhədindəki "Qırmızı Körpü" gömrük keçid məntəqəsini ziyarət etdik, hansı ki, pandemiya şəraitində 24 saat ərzində fasiləsiz şəkildə xidmət göstərir. Gürcüstan sərhədində beynəlxalq yüklərin daşınması və rəsmiləşdirmə prosedurları təmin edilmişdir. İşlərini ləyaqətlə yerinə yetirdikləri üçün gömrük işçilərimizə təşəkkür edirik".

O, eyni zamanda quru sərhədlərin açılmasındanda danışıb.

“Bu gün ən vacib olan, pandemiya səbəbindən tətbiq ounan tövsiyələrə ciddi şəkildə əməl etmək və peyvəndləmə prosesini aktiv idarə etməkdir. Bu, hava sərhədləri ilə birlikdə, quru sərhədləri də açmağımıza imkan verəcək və iqtisadiyyatın bərpasını sürətləndirmək üçün həyati bir təkan olacaq".

Bizimlə əlaqə saxlayın