09 
Apr
2021
10:58
1364

Gürcüstan vətəndaşları bu ölkədə qanuni işləyə biləcəklər

İsrail dövləti ilə Gürcüstan hökuməti arasındakı razılaşmaya görə, Gürcüstan vətəndaşları İsraildə işləyə biləcəklər.

InterPress.ge xəbər verir ki, məlumatı Səhiyyə Nazirliyi yayır.

Bununla əlaqədar İşğal olunmuş ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Məsələlər nazirinin müavini Tamar Barkalaia İsrailin Gürcüstandakı səfiri Ran Qidor ilə görüşüb. Tərəflər İsraildə qanuni çalışma məsələsini ətraflı müzakirə ediblər.

Gürcüstan vətəndaşlarının İsraildə qanuni iş üçün qeydiyyatı aprelin 12-də başlayacaq və il ərzində davam edəcək. İş axtaran şəxs əvvəlcə Səhiyyə Nazirliyinin xüsusi qeydiyyatı portalında qeydiyyatdan keçəcək.

İsrailin əmək bazarında Gürcüstan vətəndaşları 1 il müddətinə qanuni işləyə biləcəklər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər