14 
Iyl
2021
09:03
875

Smartfonların faydalı sirrləri açıqlandı

“iPhone” və “Android”də populyar funksiyalardan əlavə sistemlə işləməyi daha da asanlaşdıran gizli funksionallıqlar var.

“Praym”ın məlumatına görə, bu barədə Rusiyanın “Gem4me” mesencerinin sınaq üzrə mütəxəssisi Anastasia İlyiçeva bildirib.

Onun sözlərinə görə, bu barədə telefonun sənədlərində geniş məlumat verilir, ancaq təəssüf ki, heç kim bunu oxumur.

“Məsələn, “Apple” smartfonlarında “Sağlamlıq” proqramı var. Son yeniləmədə tərtibatçılar proqrama əlavə funksionallıq - yerişin keyfiyyətini izləməyi əlavə ediblər. Bu, sağlamlıq və qaməti izləməyə kömək edir”, - deyə o, bildirib.

Mütəxəssis vurğulayıb ki, “IOS” bir kliklə müəyyən hərəkətləri yerinə yetirməyə imkan verən sürətli əmrlər funksiyasına malikdir. Burada “Son zənglər” olan bölməyə baxmadan son abunəçiyə zəng etmək imkanı da var.

“Android”də “panik rejimi” istifadə etmək mümkündür. Bundan donmuş tətbiqi təcili olaraq bağlamağa ehtiyac olduqda itstifadə edilir. Bunun üçün bir neçə dəfə tez-tez “geriyə dön” düyməsini vurmaq lazımdır, sistem özü nasazlığı aradan qaldıracaq.

Mütəxəssis əlavə edib ki, başqa bir faydalı sirr eyni anda iki tətbiq açmağa imkan verən funksiyadır. Bunun üçün səhifəni yuxarı çəkib saxlamaq lazımdır. Bu zaman aşağıda ikinci tətbiq üçün yer açılacaq.

Bizimlə əlaqə saxlayın