Gürcüstanda genişmiqyaslı mitinq keçiriləcək
Medianın təşkilatçılığı ilə Baş nazirin istefası tələbi ilə növbəti mitinq 17 iyul şənbə günü keçiriləcək.
InterPress.ge xəbər verir ki, bu barədə TV Pirveli-nin qurucusu Vato Cereteli məlumat verib.
Məlumata görə, mitinq saat 18: 00-da başlayacaq və genişmiqyaslı olacaq.
"Böyük bir mitinq keçiriləcək, şənbə günü hər şeyi dayandıracağıq", - dedi Vato Cereteli.
Mitinqin təşkilatçılarından biri, "Utancdır" hərəkatının nümayəndəsi Qiqa Makaraşvilinin dediyinə görə, "mitinqlər heç bir halda dayanmayacaq."
“Mitinqlər heç bir halda dayanmayacaq. İşin başında media menecerləri dururlar. Bu gün artıq dörd media vasitəsi bağlandı və bu, ilk vuruşdur. Mitinqlər təxirə salınmayacaq və dayanmayacaq", - dedi Qiqa Makaraşvili


