Ötən gün bu ölkədə koronavirusa yoluxma və ölüm qeydə alınmadı
Yeni Zelandiyanın hakimiyyəti altı həftə ərzində ilk dəfə ötən gün ölkə ərazisində koronavirusa heç bir yeni yoluxma aşkarlamayıb.
InterPress.ge-nin məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin bəyanatına istinadən RİA “Novosti” agentliyi bildirib.
"Bu gün biz COVID-19-a yeni yoluxma qeydə almadıq. Yoluxmanın təsdiqləndiyi və ehtimal edilən halların ümumi sayı əvvəlki kimi 1 487təşkil edir", - nazirliyin nümayəndəsi deyib.
Ölkədə həmçinin son 24 saat ərzində COVID-19 infeksiyasından ölüm də qeydə alınmayıb. Yeni Zelandiyada pandemiyanın başlanğıcından ümumilikdə 20 nəfər ölüb, 1 276 pasiyent sağalıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.