1 USD =
3.0794 GEL
1 EUR =
3.4908 GEL
1 TRY =
0.2297 GEL
100 RUB =
4.0259 GEL
1 AZN =
1.8101 GEL
23 
Nybr
2021
09:18
158

Messi “Barselona”ya qayıtmaq istəyir

Fransanın ”Pari Sen-Jermen” futbol komandasının hücumçusu Lionel Messi Kataloniya "Barselona"sına qayıtmaq istəyindən danışıb.

Bu barədə InterPress.ge “Marca”ya istinadən xəbər verir.

“Mən həmişə demişəm ki, nə vaxtsa “Barselona”ya qayıdacam, çünki bura mənim evimdir, çünki kluba bacardığım qədər kömək etməyə çalışmaq istəyirəm. Aydındır ki, əgər kluba töhfə verə bilsəm və kömək edə bilsəm, geri qayıtmaq istərdim", - deyə Messi bildirib.

Hücumçu ilk dəfə Xavinin "Barselona"ya baş məşqçi təyin olunmasından da danışıb.

“Xavi çox şey bilən və komandasını hələ uşaqlıqdan mükəmməl tanıyan məşqçidir. Gənclər üçün çox vacib insandır və onun "Barselona"nı çox inkişaf etdirəcəyinə şübhəm yoxdur", - o, “Goal” açıqlamasında vurğulayıb.

Messi "Barselona"dan PSJ-yə 2021-ci ilin avqustunda keçib. Argentinalı hücumçu 2003-2021-ci illərdə Kataloniya klubunun heyətində çıxış edib. Otuz dörd yaşlı argentinalı forvard cari mövsümdə Fransanın Birinci Liqasının 6 matçında iştirak edib və 1 qol vurub. Messi Çempionlar Liqasında da 3 oyunda 3 dəfə fərqlənib.

Bizimlə əlaqə saxlayın