04 
Yan
2022
09:16
4970

Soyuq havada smartfonun şarjına qənaət etməyin yolları açıqlanıb

Bəzən istifadəçi telefonunu tam şarj etsə də, şaxtalı havada sönməsi vəziyyəti ilə rastlaşır. Mütəxəssislər bunun səbəbləri ilə bağlı tövsiyələrini paylaşıblar.

Onların sözlərinə görə, soyuq havada telefonların sönməsinə səbəb katodun anoda (mənfi yükün müsbətə) keçid prosesinin pozulması ola bilər.

“Aşağı temperaturlar bu prosesdə litium ionlarının hərəkətini ləngidir. Telefon batareyadan lazımi enerjini almır. Buna görə smartfonlar daha tez boşalmağa başlayır və bəzən soyuqda sönür”, - deyə mütəxəssislər bildiriblər.

 

Həmçinin smartfonun hazırlandığı material da onun sönməsinə təsir göstərir.

“Ən çox təsirlənən telefonlar alüminium korpuslu telefonlardır. Belə bir cihaz şüşə gövdəsi olan analoqundan daha sürətli donur. Bu mənada ən uğurlu seçim plastikdir. Belə smartfonlar -35 dərəcəyə qədər “dözümlüdür””, - deyə onlar bildiriblər.

Soyuq temperaturda batareyanın işləməsinə kömək etmək və şarjın tez bitməsinin qarşısını almaq üçün bir neçə ipucu da verilib.

“İlk olaraq cihazın işləmə müddətini uzatmaq üçün soyuq havada çölə çıxmazdan əvvəl telefon tam şarj edilməlidir. Smartfonu çantaya qoymaqdansa, gödəkçənin içəri cibinə qoymaq daha yaxşıdır. Telefona çexol taxılması tövsiyə olunur. Şaxtalı havada smartfonu çöldə 10 dəqiqədən artıq saxlamayın”, - deyə mütəxəssislər bildiriblər.

Bizimlə əlaqə saxlayın