Hökumət terrorla mübarizə üzrə milli strategiya və fəaliyyət planı haqqında sənəd təsdiq edəcək
Bu gün hökumətin iclasında terrorla mübarizə üzrə milli strategiya və fəaliyyət planı haqqında sənəd təsdiq ediləcək.
InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Ğaribaşvili deyib.
Baş nazirin sözlərinə görə, məsələ Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri tərəfindən hökumətə təqdim olunub. Onun sözlərinə görə, sənədin hazırlanmasında Gürcüstan hökuməti tərəfindən yaradılmış Terrorla Mübarizə üzrə İdarələrarası Daimi Komissiyanın bütün üzv qurumları iştirak edib.
“Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri terrorla mübarizə üzrə milli strategiyanın və fəaliyyət planının təsdiq edilməsi məsələsini qaldırır. Bu sənədin məqsədi dövləti və cəmiyyəti terrorizm və zorakı ekstremizmin yaratdığı təhlükələrdən qorumaqdır. Gürcüstan hökuməti tərəfindən yaradılmış Terrorla Mübarizə üzrə İdarələrarası Daimi Komissiyanın bütün üzv qurumları strategiyanın və onun fəaliyyət planının hazırlanması prosesinə cəlb olunub və bu gün biz bu sənədi hökumət üçün təsdiq edirik”, - baş nazir bildirib.


