24 
Fev
2022
16:22
910

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı: "Ukraynanın iki şəhərini geri qaytardıq"

Ukrayna hərbçiləri Luqansk vilayətinin Şastye və Mariupol şəhərlərində tam nəzarəti ələ keçirib.

lnterPress.ge xəbər verir ki, bu barədə məlumatı Ukrayna KİV-i Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən yayıb.

Məlumata görə Xarkov istiqamətində və qarşı tərəfin itki verdiyi  Ukrayna Birləşmiş Qüvvələrinin əməliyyatları bölgəsində şiddətli döyüşlər davam edir.

“Qüvvələrimiz Mariupol və Şastye şəhərlərinin tam nəzarətini ələ keçirib . Düşmənin azı 6 təyyarəsi, iki helikopteri və onlarla zirehli texnikası məhv edilib”, -  deyə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.

Onların sözlərinə görə, Xerson istiqamətində də vəziyyət çətindir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər