13 
Avq
2026
17:42
21

Gürcüstan qlobal çağırışlara iqtisadi hazırlıq üzrə Avropada ikinci, dünyada dördüncü yerdədir

“Qlobal Adaptasiya Təşəbbüsü” 2026-cı il üzrə hesabatını dərc edib. Notr-Dam Universitetində aparılan tədqiqat ölkələrin qlobal çağırışlar qarşısında həssaslıq və dayanıqlılıq səviyyəsini, eləcə də onların dayanıqlılığı artırmağa hazırlığını qiymətləndirir.

InterPress.ge xəbər verir ki, araşdırmanın məqsədi hökumətlərə, bizneslərə və icmalara gələcək qlobal çağırışlara daha effektiv reaksiya vermək üçün investisiya prioritetlərini müəyyənləşdirməyə kömək etməkdir.

Hesabatın nəticələri Avropa Komissiyası tərəfindən də mütəmadi olaraq dərc olunur. Avropa Komissiyasının izahına görə, tədqiqat mərkəzi dövlət və özəl sektorun fəaliyyətini, eləcə də həssas icmalara investisiyaları təşviq edən bilik, məhsul və xidmətlər vasitəsilə adaptasiya məsələləri ilə bağlı qlobal anlayışın yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərir.

Tədqiqat çərçivəsində dünyanın 192 ölkəsində mövcud vəziyyət təhlil edilib.

Avropa Komissiyasının dərc etdiyi əvvəlki hesabatda Gürcüstan qlobal çağırışlara iqtisadi hazırlıq baxımından dünyada dördüncü, Avropada isə Norveç və Danimarkadan sonra üçüncü yerdə qərarlaşmışdı.

Yenilənmiş hesabata əsasən isə Gürcüstan iqtisadi hazırlıq göstəricisinə görə Avropada ikinci yerə yüksəlib, dünya üzrə isə əvvəlki kimi dördüncü yerdədir.

2026-cı il üzrə yenilənmiş qiymətləndirməyə əsasən, dünyanın ən yaxşı dörd ölkəsi belə sıralanıb:

  1. Cənubi Koreya

  2. Sinqapur

  3. Estoniya

  4. Gürcüstan

“Qlobal çağırışlara iqtisadi hazırlığın qiymətləndirilməsi Dünya Bankının tematik araşdırmalarına, biznesin aparılması və biznes hazırlığı ilə bağlı hesabatlara əsaslanır”, – deyə dərc olunan araşdırmada qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər