Baş nazir: "Ölkəmizin milli maraqlarına xələl gətirəcək qərar qəbul etməyəcəyəm"
''Biz Gürcüstanda olan Ukrayna vətəndaşlarına humanitar yardım göstərməyə hazırıq''.
lnterPress.ge xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın baş naziri İrakli Ğaribaşvili deyib.
Baş nazirin izah etdiyinə kimi, Avropa Şurasında Ukraynada baş verən proseslərə həmrəylik və siyasi dəstək ifadə edib.
“Sizə demək istəyirəm ki, mənim tapşırığım əsasında dünən xarici işlər naziri Avropa İttifaqının himayəsi altında təşkil olunmuş ATƏT-in Nazirlər Şurasının iclasında iştirak edib. Biz Ukraynaya tam həmrəyliyimizi və siyasi dəstəyimizi ifadə etdik. Mənim göstərişimlə biz Ukraynanın Gürcüstandakı səfirinə mesaj göndərdik ki, Gürcüstanda olan Ukrayna vətəndaşlarına humanitar yardım göstərməyə hazırıq. Təbii ki, bu proses imkanlarımız daxilində davam edəcək. Biz həmçinin Ukraynada baş verən proseslərə Avropa Şurasında tam həmrəyliyimizi və siyasi dəstəyimizi ifadə etdik”, - deyə baş nazir bildirib.
Eyni zamanda Ğaribaşvili ölkənin milli maraqlarına xələl gətirəcək qərar qəbul etməyəcəyini bildirir.
“Mən iki gün əvvəlki çıxışımda demişdim ki, baş nazir kimi heç bir halda ölkəmizin milli maraqlarına xələl gətirəcək qərar qəbul etməyəcəyəm'',- deyə nazir bildirib.


