05 
Mar
2022
11:26
412

Bir neçə xəbər agentliyi Rusiyada fəaliyyətini dayandırır

CNN Rusiyadakı fəaliyyətini müvəqqəti dayandıracaq.
 
InterPress.ge xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

 Qərar Rusiya prezidenti Vladimir Putinin Ukraynada müharibə ilə bağlı yalan xəbər yayanlara 15 ilə qədər həbs cəzası nəzərdə tutan qanunu imzalamasından sonra verilib.

CNN sözçüsü vəziyyət qiymətləndirilənə qədər Rusiyada yayımını dayandıracağını bildirib.

Məlumat üçün bildirək ki, Rusiya prezidenti Vladimir Putin ölkənin silahlı qüvvələri haqqında yalan məlumat yaymağa görə 15 ilədək həbs cəzası nəzərdə tutan qanun imzalayıb. Kremlin “Ukraynada xüsusi əməliyyat” adlandırdığı prosesi işğal və ya müharibə adlandırdıqlarına görə bir neçə müstəqil Rusiya KİV-i bağlanmağa məcbur olub. BBC və Bloomberg bu gün Rusiyanı müvəqqəti tərk etdiklərini elan ediblər.

Bizimlə əlaqə saxlayın