Baş nazir: "Ukraynada baş verənlər qətiyyən qəbuledilməzdir"
"Biz hamımız dua edirik ki, Ukraynada baş verən müharibə və faciə tezliklə bitsin".
lnterPress.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Ğaribaşvili hökumət iclasında bildirib.
O, Ukraynada davam edən müharibənin qəti şəkildə qəbuledilməz olduğunu bildirib.
“Mən açıq şəkildə bildirmək istəyirəm ki, müharibə hamımız üçün qəti şəkildə qəbuledilməzdir. Ukraynada baş verənlər qətiyyən qəbuledilməzdir. Biz hamımız dua edirik ki, müharibə və baş verən faciə tezliklə bitsin. İnsanlar ölür və əlbəttə ki, bu çox acınacaqlı bir faktdır. Bir daha ümid edirik ki, bütün beynəlxalq ictimaiyyət bu müharibəni mümkün qədər tez bitirmək üçün əlindən gələni edəcək”, – Qaribaşvili bildirib.
Eyni zamanda, hökumət başçısı Ukrayna xalqına tam dəstəyini ifadə edib.
“Mən ukraynalı dostlarımızla həmrəyliyi ifadə etməklə başlamaq istəyirəm. Təbii ki, Ukraynada baş verənləri izləmək çox çətindir. Hökumətimiz adından bir daha Ukrayna xalqına və Ukraynaya tam həmrəyliyimizi və dəstəyimizi bildirmək istərdim. Biz bütün beynəlxalq səviyyələrdə Ukraynanı dəstəkləyirik. Biz onları siyasi cəhətdən dəstəkləyirik və təbii ki, bunu davam etdirəcəyik”, - deyə Ğaribaşvili bildirib.


