14 
Mar
2022
12:20
359

Bu tarixdə Parlamentə giriş- çıxış məhdudlaşdırılacaq

Martın 14-də Gürcüstan parlamenti sədrinin 30 dekabr 2016-cı il tarixli 259/3 nömrəli “Parlament Sarayında və ona bitişik ərazilərdə təhlükəsizlik rejimi haqqında” sərəncamı ilə müəyyən edilmiş qaydalara uyğun olaraq,  parlament binasına KİV nümayəndələri istisna olmaqla giriş-çıxış məhdudlaşdırılacaq. 

lnterPress. ge xəbər verir ki, bu  barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

"Bu tədbirin məqsədi mümkün təxribatların qarşısını almaq və Gürcüstan parlamentinin üzvləri və əməkdaşları üçün iş şəraitinin təmin edilməsidir", - deyə bəyanatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər