Parlament Gürcüstanın Aİ-na inteqrasiyasına dair qətnamə layihəsi ilə bağlı qərar qəbul etdi
Parlament 111 səslə Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına dair qətnamə layihəsini yekdilliklə qəbul edib.
InterPress.ge xəbər verir ki, tənqidlərə və bir sıra iradlara baxmayaraq, qətnamə layihəsi parlament müxalifəti tərəfindən dəstəklənib.
13 bənddən ibarət layihə parlamentin Aİ-yə üzv dövlətlərə və Aİ institutlarına Gürcüstanın Aİ-yə daxil olmasını sürətləndirmək üçün bütün lazımi addımları atmağa çağırışını ifadə edir.
Qətnamə layihəsində vurğulanır ki, müstəqilliyin bərpa olunduğu gündən Aİ-yə inteqrasiya Gürcüstanın demokratik inkişafı və iqtisadi transformasiyası üçün hərəkətverici qüvvə və xarici siyasətin əsas prioriteti olub.
Sənəd Gürcüstanın Aİ üzvlüyünə düzgün hazırlanması üçün Gürcüstanın icra hakimiyyətini Gürcüstanın Avropaya inteqrasiyası istiqamətində səylərini gücləndirməyə və Gürcüstanla Avropa İttifaqı arasında Assosiasiya Sazişini həyata keçirməyə çağırır.
Qətnamədə həmçinin Aİ-ni Gürcüstanın ərazi bütövlüyü və suverenliyinin möhkəmləndirilməsində, o cümlədən Gürcüstanda eləcə də regionda sülh və sabitliyin təşviqində yüksək səviyyədə iştirak etməyə və avqustun 12-də imzalanmış qərarın icrasına tam nəzarət etmək üçün səyləri gücləndirməyə çağırır.


