29 
Mar
2022
17:54
2447

Bu tarixdən yeni qanun qüvvəyə minəcək

Gürcüstanda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun 2022-ci il iyunun 1-dən qüvvəyə minəcək.

InterPress.ge xəbər verir ki, qanun parlament tərəfindən 79 səslə, yekdilliklə üçüncü oxunuşda qəbul edilib.

Layihə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi prinsiplərini müəyyən edir. İstehlakçı müqavilələri ilə bağlı təminatlar tənzimlənir. Həmçinin, məsuliyyəti istisna edən hallar, zəmanət müddətləri və xidməti öhdəliklərin pozulmasının nəticələri müəyyən edilir.

Parlamentin qəbul etdiyi qanun layihəsində etimad və vicdanlılıq prinsiplərinə zidd olan ədalətsiz ticarət fəaliyyətinin qadağan edilməsi ilə bağlı normalar yer alıb. İstehlakçıların hüquqlarının müdafiəsi üçün institusional təminatlar da müəyyən edilir.

Milli Rəqabət Agentliyi hüquq-mühafizə orqanı kimi təyin edilmişdir.

Bizimlə əlaqə saxlayın