Gürcüstan Parlamenti "Məkan Planlaşdırma, Memarlıq və Tikinti Fəaliyyəti Məcəlləsi" nə dəyişiklik qəbul etdi
İnşaatçının tikinti pozuntusuna görə qanuni akta əməl etməməsi artıq icra prosesinə mane ola bilməz.
InterPress.ge xəbər verir ki, Parlament birinci oxunuşda – lehinə 69 səslə yekdilliklə layihəni qəbul edib.
Dəyişikliyə əsasən tikintidə qanun pozuntusuna yol vermiş şəxs barəsində inzibati şikayətə baxılması əsasında yuxarı instansiya orqanının qəbul etdiyi qərar barədə göstərilən ünvana rəsmi məlumat verilməlidir. Tikinti pozuntusunu törədən şəxs inzibati şikayətdə göstərilmiş ünvanda olmadıqda və ya qərar barədə məlumat verməkdən imtina etdikdə, qərarın tikinti sahəsinin görünən yerində yerləşdirilməsi bildiriş hesab edilir.
Həmin layihəyə əsasən, tikinti sahəsinin görünən yeri kimi aşağıdakılar hesab ediləcək: - məlumat lövhəsi, tikinti ərazisində müvəqqəti yerləşən bina, tikinti sahəsini əhatə edən mühafizə hasarı, tikinti sahəsinin fasadı, çoxmənzilli ev, giriş qapısı.
“Gürcü Arzusu” partiyasının deputatları Maia Bitadze, İrakli Zarkua və Nodar Turdzeladze “Məkan Planlaşdırma, Memarlıq və Tikinti Fəaliyyəti Məcəlləsinə” nəzərdə tutulan dəyişiklikləri təqdim ediblər.


