30 
Mar
2022
10:47
308

Rusiya- Ukrayna muharibəsi başlayandan neçə uşağın həlak olduğu və yaralandığı açıqlandı

Rusiya Federasiyasının Ukraynaya hərbi təcavüzü başlayandan indiyədək 145 uşaq həlak olub, 222 uşaq yaralanıb. 

lnterPress.ge xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

 Bombalama nəticəsində 790 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 75-i tamamilə dağıdılıb. Ən pis vəziyyət Donetsk, Xarkov, Nikolayev, Sumı, Kiyev, Xerson, Çerniqov rayonlarında və Kiyev şəhərindədir.

Baş Prokurorluq qeyd edib ki, aktiv döyüş əməliyyatları aparılan ərazilərdə və müvəqqəti işğal olunmuş ərazilərdə bombardman obyektlərini yoxlamaq imkanı olmadığından bu məlumatlar yekun deyil.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər