24 
May
2022
16:16
652

34 yaşlı şəxs 57 yaşlı şəxsi güllələyərək öldürdü

Xaşuri rayonunun Xçisi kəndində qətl hadisəsi baş verib. 1988-ci il təvəllüdlü şəxs orta yaşlı kişini odlu silahla atəş açaraq yaralayıb. Daxili İşlər Nazirliyi onu hadisədən 2 gün sonra saxlayıb.

lnterPress.ge xəbər verir ki, daxili İşlər Nazirliyinin Şida Kartli Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri və istintaq hərəkətləri nəticəsində qəsdən adam öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü şəxsi saxlayıblar.

Cinayətə görə 7 ildən 15 ilə qədər həbs cəzası nəzərdə tutulur.

İstintaq müəyyən edir ki, təqsirləndirilən şəxs bu il mayın 21-də mübahisə zəminində 1965-ci il təvəllüdlü şəxsə ölümcül güllə yarası yetirib, o, aldığı yara nəticəsində yerindəcə dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədən 2 gün sonra təqsirləndirilən şəxsi saxlayıblar.

Polis, təqsirləndirilən şəxsin şəxsi və yaşayış evinə baxış zamanı maddi sübut kimi odlu silah və döyüş sursatı götürüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə araşdırma aparılır.

Cinayətə görə 7 ildən 15 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın