27 
May
2022
15:32
353

Kobaxidze: "Gürcüstanda siyasi məhbus yoxdur"

"Gürcüstanda siyasi məhbus yoxdur - Gürcüstanda çox təəssüf ki, siyasətdə cinayətkarlar var".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcü Arzusunun sədri İrakli Kobaxidze jurnalistlərə bəyan edib.

Onun sözlərinə görə, siyasətdə cinayətkarlar demokratik sistemə zərə verir və ölkədə çox şey mane olur 

"Gürcüstanda siyasi məhbus yoxdur və bunu xaricdə və daxildə olan hər kəs bilir.  Gürcüstanda təəssüf ki, siyasətdə cinayətkarlar var və biz buna öyrənmişik. Bu, bizim demokratik sistemimizə təsir edir, ciddi problemdir. Siyasətdəki cinayətkarlar, əlbəttə ki, demokratik sistemə ziyan vurur və gələcəkdə müxalifət spektrində cinayətkarların olmaması vacibdir. Cinayətkarların müxalifətdə olması ölkədə çox şeyə mane olur. O cümlədən, bu cinayətkarlar Gürcüstana namizəd statusunun verilməsinin qarşısını almaq üçün bu gün təbliğat aparırlar. Bəzi şeyləri, o cümlədən etirazları birbaşa elan edirlər. Müxalitdə olan cinayətkarlar, təbii ki, ölkənin demokratik inkişafında çox şey mane olurlar, ancaq onlar ölkəmizə həlledici ziyan vura bilməyəcəklər, çünki bunun üçün resursları yoxdur”, - Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər