Tbilisidə azyaşlıya xəsarət yetirən 15 yaşlı yeniyetmə saxlanıldı
Polis Tbilisidə azyaşlıya xəsarət yetirən 15 yaşlı yeniyetməni saxlayıb.
InterPress.ge xər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların işi üzrə Baş İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində yetkinlik yaşına çatmayan şəxsi qəsdən öldürməyə cəhddə təqsirli bilinən 2006-cı il təvəllüdlü Q.Q.-nı Tbilisidə saxlayıblar.
İstintaq müəyyən edib ki, Q.Q. mübahisə zəminində 2006-cı il təvəllüdlü L.A.-ya soyuq silahla xəsarətlər yetirib və hadisə yerindən qaçıb.
Polis, cinayəti törədən şəxsi hadisədən bir neçə saat sonra saxlayıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə araşdırma aparılır.


