12 
Iyn
2022
08:58
775

İyunun 17-dək Gürcüstanda qeyri-sabit hava şəraiti gözlənilir

İyunun 17-dək Gürcüstanda qeyri-sabit hava şəraiti gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi Milli Agentliyinin Monitorinq və Proqnozlaşdırma Mərkəzinin qısamüddətli proqnozlar şöbəsinin rəhbəri Dodo Qvazava məlumat verib.

Onun sözlərinə görə, bir həftə ərzində arabir yağış yağacağı və şimşək çaxacağı gözlənilir.

“Günortadan etibarən bir neçə gün ərzində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Yuxarı İmereti və Kolxeti ovalığında şərq küləyi arabir güclənəcək. Acarıstanın sahilyanı ərazilərində cənub-qərbdən güclü küləyin əsəcəyi gözlənilir. Havanın maksimal temperaturunun aran rayonlarında 31+36, dağlarda 30+32, yüksək dağlıq ərazilərdə 20+25 dərəcə təşkil edəcəyi gözlənilir. İyunun 13-dən 17-dək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir qısamüddətli yağış yağacağı, temperaturun paralel olaraq enəcəyi gözlənilir. Aran rayonlarında, eləcə də dağlıq ərazilərdə havanın temperaturu +27+29 dərəcə, sahilboyu rayonlarda isə 26 dərəcəyədək enəcək.

Şərqi Gürcüstana gəlincə, günortadan etibarən həftə boyu qeyri-sabit hava şəraiti davam edəcək, arabir qısamüddətli yağış yağacaq. Gələn həftə aran bölgələrində havanın maksimal temperaturu +29+31 dərəcə, dağlıq ərazilərdə isə +27+30 dərəcə təşkil edəcək. Küləyin güclənməsi mümkündür.

Tbilisidə günün ikinci yarısında qısamüddətli yağış yağacağı gözlənilir. Maksimal temperatur +28+31 dərəcə təşkil edəcək”, - Dodo Qvazava bildirib

Bizimlə əlaqə saxlayın