26 
Iyn
2022
22:59
333

Almaniya kansleri: "Putin Ukraynaya geniş beynəlxalq dəstəyin və ukraynalıların cəsarət və dözümlülüyü onun daimi başağrısına çevriləcəyini gözləmirdi"

"Almaniya və ABŞ Ukraynanın təhlükəsizliyində birgə çalışacaqlar".

InterPress.ge xəbər verir ki, bu barədə
Rusiya mətbuatı yazır.

“Ukrayna və nə etmək lazım olduğunu qiymətləndirməkdə həmrəyik. Mən açıq şəkildə deyə bilərəm ki, Almaniya və ABŞ Ukraynada təhlükəsizlik məsələlərində həmişə birgə çalışacaqlar. Əvvəldən belə idi və bundan sonra da belə olacaq - sıx əməkdaşlıq və koordinasiya ilə", - Olaf Şolz deyib.

O bildirib ki, G7 ölkələri, eləcə də NATO və Avropa İttifaqı Rusiya təcavüzünə qarşı Ukraynaya dəstək vermək üçün əvvəldən birlikdə çalışıb və gələcəkdə də dəstəkləyəcək.

“Əminliklə deyə bilərəm ki, Putin Ukraynaya geniş beynəlxalq dəstəyinin, eləcə də öz dövlətini və demokratiyasını müdafiə etməkdə ukraynalıların cəsarət və dözümlülüyünün onun daimi başağrısına çevriləcəyini gözləmirdi”, - Almaniya kansleri bildirib.

Olaf Şolz bu gün Kiyevə raket hücumunu pisləyib və bildirib ki, G7 ölkələri Ukraynanın suverenliyini, demokratiyasını və qətiyyətini müdafiə etmək uğrunda mübarizədə onu dəstəkləyir.

Xatırladaq ki, Olaf Şolz və Co Bayden arasında görüş bu gün G7 sammiti başlamazdan əvvəl keçirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər