04 
Iyl
2022
12:19
824

Bu il Gürcüstanda hansı məhsullar bahalaşıb? - STATİSTİKA

Geostat 2022-ci ilin iyun ayı üçün inflyasiya hesabatını dərc edib.  

InterPress.ge xəbər verir ki, sənədə əsasən, son bir ay ərzində ölkədə illik inflyasiyanın səviyyəsi 12,8% təşkil edib.  

Onların arasında qruplara görə, ən kəskin qiymət artımı əvvəlki illə müqayisədə dəyəri 21,8% bahalaşan ərzaq məhsullarında qeydə alınıb.

Nəqliyyat qrupu 19,4% ilə ikinci yerdədir ki, bu da yanacağın qiymətinin artması ilə bağlıdır.  İyun ayında 12,8% olan inflyasiya may ayındaki inflyasiyadan 0,5 faiz bənd aşağıdır.

Əsas istehlakçı qruplarına görə inflyasiyanın səviyyəsi aşağıdakı kimi bölüşdürülür:

Qida və alkoqolsuz içkilər: Qrup üzrə qiymətlər 21,8% artaraq illik inflyasiyada 6,86 faiz bəndlə əks olunub. Çörək və çörək məhsulları (35,0 faiz), tərəvəz və bağçacılıq (33,4 faiz), meyvə və üzüm (31,8 faiz), mineral və bulaq suları, alkoqolsuz içkilər və təbii şirələr (24,0 faiz), süd, pendir və yumurta (19,5 faiz) faiz), qəhvə, çay və kakao (18,0 faiz), balıq (17,9 faiz), şəkər, mürəbbə və digər şirniyyatlar (16,0 faiz), kərə yağı və duru yağ (14,9 faiz), ət və ət məhsulları (11,3 faiz) artım təşkil edib.

Nəqliyyat qrupunda qiymətlər 19,4% artıb ki, bu da ümumi indeksin 2,34 faiz bəndi artımını əks etdirir.  Qiymətlər fərdi avtonəqliyyat vasitələrinin istismarı (23,6 faiz), nəqliyyat xidmətlərinin (14,1 faiz), nəqliyyat vasitələrinin alışı (6,2 faiz) üzrə artıb;

Geostat-ın verdiyi məlumata görə, geyim və ayaqqabı istisna olmaqla, bütün qruplarda qiymətlər artıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər