
Amiran Qamğrelidze: "Şəhərdə itlərin quduzluq xəstəliyinə tutulması çox pis əlamətdir"
"Hər bir vətəndaş bilməlidir ki, naməlum bir it dişlədiyi təqdirdə müvafiq qurumlara müraciət etsinlər".
InterPress.ge xəbər verir ki, bunu Xəstəliklərin nəzarəti milli mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.
Onun qeyd etdiyinə görə, ev heyvanlarını peyvənd etdirmək lazımdır və bu mədəniyyət ölkəmizdə tətbiq olmalıdır.
“Quduzluq elə bir xəstəlikdir ki, o 100% ölüm halına gətirib çıxarır. Hələ ki, bəşəriyyət quduzluğa qarşı heç bir dərman düşünə bilməyib. Əgər bir insanda quduzluq inkişaf edərsə çox təəssüf ki, ona heç bir müdaxilə etmək mümkün deyil. Bundan irəli gələrək də bəşəriyyətin və tibb tarixinin ən böyük kəşfi quduzluğa qarşı vaksinin yaradılması olar. Quduzluq sivil ölkələri deyil, inkişaf edən ölkələri narahat edir. Biz çox ciddi addımlar atdıq. 2014-cü ildən kənd təsərrüfatı nazirliyi itləri peyvənd etdirir və bunun üçün çox məbləğ ayrılır. 2015-2017 ci illərdə insanda quduzluq xəstəliyi görülməyib. Cari ildə də insanda belə bir halla rastlaşmamışıq lakin çox təəssüflər olsun ki, artıq şəhərdə itlərin quduzluq xəstəliyinə yoluxması aşkar olunub. Mən yerli özünüidarəetməyə bir çox dəfə indi də sahibsiz itlərlə əlaqəli müraciət etmişəm. Hər bir vətəndaş bilməlidir ki, naməlum bir it dişlədiyi təqdirdə müvafiq qurumlara müraciət etsinlər. Bundan başqa ev heyvanlarını peyvənd etdirmək lazımdır və bu mədəniyyət ölkəmizdə tətbiq olmalıdır. Prevensiv şəkildə heyvanlarla əlaqəsi olan insanlar məsələn zoopark işçiləri, ovçular peyvənd edilir. Digər şəxslər isə it dişləməsi halında peyvənd olmalıdır. Yerli bələdiyyə sahibsiz itlərə qarşı tədbirləri gücləndirməlidir. Küçələrdə sahibsiz itlər dolaşmamalıdır. Onlar üçün yaradılmış izolatorlar və onlar orada qayğı görməlidirlər”- deyə Amiran Qamğrelidze bildirib.