26 
Iyn
2020
09:47
1187

Bolnisinin Dəllər kəndində koronavirusla bağlı son vəziyyət - vəziyyət sevindiricidir

Bolnisi bələdiyyəsinin Muşevan (Dəllər) kəndində 66 nəfər yerli sakindən götürülən bioloji analizlərin cavabları məlum olub. Belə ki, 66 nəfərin heç birində koronavirus aşkarlanmayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Bolnisi meryasından məlumat verilib.

Məlumata görə, ictimai səhiyyə epidemioloqları Covid-19 un tədqiqatı məqsədilə Luqar Laboratoriyasına 66 bioloji nümunə göndərilmişdi və onların cavablarını hamısı neqativdir.

Bolnisi bələdiyyəsinin Muşevan (Dəllər) kəndində sonuncu dəfə koronavirusun yeni halı 20 iyun tarixində qeydə alınıb. Sözügedən kəntdə bu günədək 80 nəfər yerli sakində koronavirus xəstəliyi aşkar edilib. Kəntdə ciddi karantin rejimi 25 iyun tarixindən elan edilib və hələdə karantin rejimi qüvbədə olmaqda davam edir.

Muşevan (Dəllər) kəndində PCR test vasitəsilə ümumilikdə 1200 nəfər test olunub.

Bizimlə əlaqə saxlayın