İrakli Ğaribaşvili: " 2023-cü ilə qədər real iqtisadi artımın 5% daxilində olması planlaşdırılır"
2023-cü ilə qədər real iqtisadi artımın 5% daxilində olması planlaşdırılır, ümumi daxili məhsulun proqnozu 80 milyard lari olacaq.
InterPress.ge xəbər verir ki, bu barədə
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili baş tutan hökumət iclasında bildirib.
Onun sözlərinə görə, 2023-cü ilə qədər adambaşına düşən ümumi daxili məhsul demək olar ki, 7500 dollar təşkil edəcək.
"2023-cü ilin büdcəsinə gəlincə bu barədə cəmiyyətimizi məlumatlandırmaq istərdim, sizə çox qısa şəkildə deyim ki, biz gələn il üçün də kifayət qədər mühafizəkar büdcə planlaşdırmışıq. Eyni zamanda, biz fiskal konsolidasiyanı davam etdiririk, xüsusən də real iqtisadi artımın 5% daxilində olması planlaşdırılır, bu konservativ hesablama və planlaşdırmadır. 5% artım çərçivəsində ümumi daxili məhsul proqnozu 80 milyard lari olacaq. Onu da deyim ki, bu vəziyyətdə adambaşına hesablanan ümumi daxili məhsul az qala 7500 dollara bərabərdir. Mən ictimaiyyətə xatırlatmaq istərdim ki, 2020-ci ildə ÜDM nə qədər idi - o zaman 50 milyard lari idi, 2021-ci ildə isə 60 milyard idi, yəni cəmi 2-3 il ərzində biz ümumi daxili məhsulu 30 milyard lari artırdıq. Bu, ümumi iqtisadiyyatda təxminən 10 milyard dollar artım deməkdir. Bu, əslində bizim və komandamızın 2 ildən az bir müddətdə əldə etdiyi nəticədir", - deyə İrakli Ğaribaşvili bildirib.


