14 
Okt
2022
13:00
339

Tea Axvlediani Ermənistanın Gürcüstandakı səfiri ilə görüşüb

Tea Axvlediani Ermənistan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Aşot Smbatyanla tanışlıq görüşü keçirib. 

InterPress.ge xəbər verir ki, sözügedən məlumatı Dövlət Nazirinin Aparatı yayıb.

Dövlət naziri səfiri vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona Gürcüstan və Ermənistan Respublikası arasında mehriban qonşuluq və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi və iki ölkə xalqının rifahı naminə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Tea Axvlediani qurumun həm barışıq və məşğulluq, həm də vətəndaş bərabərliyi və inteqrasiya siyasəti istiqamətində fəaliyyəti barədə səfirlə söhbət edib. Dövlət naziri işğal olunmuş Abxaziya və Çxinvali bölgələrində ağır hüquqi və humanitar vəziyyətdən, yerli əhalinin, xüsusilə etnik gürcülərin fundamental hüquqlarının kobud şəkildə pozulmasından danışıb.

Axvlediani vətəndaş bərabərliyi və inteqrasiya siyasətinin prioritetlərini, məqsədlərini və gələcək planlarına toxunub, vətəndaş bərabərliyi və inteqrasiyası üzrə dövlət strategiyası çərçivəsində həyata keçirilən və etnik azlıqların nümayəndələrinin bərabərhüquqlu cəlb edilməsinə yönəlmiş mexanizm və vasitələri qeyd edib. İki ölkə arasında tərəfdaşlığın, eləcə də regionda sülhün və sabitliyin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

Ermənistan səfiri də öz növbəsində dövlətin hər iki istiqamətdə göstərdiyi səyləri alqışlayıb və əməkdaşlığa hazır olduğunu bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər