İsrail Ukraynaya hərbi yardım edəcək
İsrailin diaspor naziri bəyan edir ki, Ukrayna İsraildən hərbi yardım almalıdır.
InterPress.ge xəbər verir ki, bu barədə Naxman Şay "Twitter"də müvafiq açıqlama verib.
Onun sözlərinə görə, İsrailin bu “qanlı münaqişədə” harda dayanacağı şübhə doğurmur.
“Bu səhər İranın Rusiyaya ballistik raketlər ötürəcəyi xəbəri yayılıb. Artıq İsrailin bu qanlı münaqişədə harada dayanacağına heç bir şübhə yoxdur. ABŞ və NATO ölkələrinin verdiyi kimi Ukraynanın da hərbi yardım alması vaxtıdır”, - o, Twitter-də yazıb.
“Vaşinqton Post”un yazdığına görə, rəsmi Tehran Rusiyaya Ukraynadakı döyüş meydanında istifadə üçün nəzərdə tutulan raket və pilotsuz təyyarələr göndərməyi planlaşdırır. Medianın Amerika Birləşmiş Ştatları və onun müttəfiqlərinin rəsmilərinə əsaslanaraq yazdığına görə, İran gizli şəkildə Ukraynaya hücum üçün Rusiyaya silah tədarükünü artırmağa razılıq verib.


