Aİ liderləri Ukrayna ilə bağlı prinsipial razılığa gəliblər- Hər ay Ukraynaya...
Aİ liderləri Ukraynaya müntəzəm olaraq aylıq 1,5 milyard avro yardım göstərmək barədə prinsipial razılığa gəliblər.
InterPress.ge xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Aİ liderlərinin Brüsseldə keçirilən sammitindən sonra bildirib.
“Ukrayna bizə deyir ki, kifayət qədər resursa sahib olmaq üçün ayda təxminən 3-4 milyard avro lazımdır. Bu vəsaitlər Avropa İttifaqı və amerikalı dostlarımız, maliyyə institutları tərəfindən maliyyələşdirilməlidir. Belə ki, müzakirə Ukrayna üçün Avropa İttifaqının ayırdığı 1,5 milyard avroya yaxın olub. Bu, gələn il üçün ümumilikdə 18 milyard avrodur. Bu, Ukraynanın arxalana biləcəyi məbləğdir”, - Ursula fon der Leyen bildirib.
Liderlər maliyyə nazirlərinə vəsaitlərin ayrılması mexanizmini hazırlamağı tapşırıblar.
“Biz maliyyə nazirlərinə müvafiq mexanizm hazırlamağı tapşırdıq, lakin Ukraynaya bu etibarlı gəlir axınının nə qədər vacib olduğunu çox yaxşı bildiyimizi bildirmək də vacib idi”,- o əlavə edib.


