25 
Okt
2022
22:44
250

NATO xarici işlər nazirlərinin Buxarestdə keçiriləcək görüşünə Gürcüstan, Ukrayna və Moldova dəvət olunub

NATO xarici işlər nazirlərinin noyabrın 29-30-da Buxarestdə keçirilməsi planlaşdırılan görüşünə Gürcüstan, Ukrayna və Moldova dəvət olunub. 

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Rumıniya mətbuatı yayıb.

Xüsusilə Rumıniya KİV-ləri NATO xarici işlər nazirlərinin Buxarestdə keçirilməsi planlaşdırılan görüşünə Gürcüstanla yanaşı, Ukrayna və Moldova, Finlandiya, İsveç və Bosniya və Herseqovina da dəvət olunduğunu qeyd edir.

Əldə olan məlumata görə, iclas dörd sessiyaya bölünərək Madriddə keçirilən NATO sammitində qəbul edilən qərarların icrası, Ukraynada davam edən müharibə, enerji təhlükəsizliyi və tərəfdaşları əhatə edəcək.

Məlumat üçün bildirək ki, 2008-ci il Buxarest Sammitindən sonra Rumıniya ilk dəfə Şimali Atlantika Alyansının Sammitinə ev sahibliyi edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər