Polşa Senatı Rusiya hökumətini terrorçu rejim kimi tanıdı
Polşa Senatı Rusiya hökumətini terrorçu rejim kimi tanıyıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumat Senatın saytında yerləşdirilib.
Bəyanatda qeyd edilir ki, Rusiya Federasiyasının terrorçu rejim kimi tanınması haqqında qətnamə yekdilliklə qəbul edilib, onu 85 senatorun hamısı dəstəkləyib.
Qətnamədə Polşa Senatı "Rusiyanın təcavüzünü qətiyyətlə pisləyir və sülh, demokratiya və insan haqlarını dəstəkləyən bütün ölkələri Rusiya Federasiyası hökumətini terrorçu rejim kimi tanımağa çağırır".
Qətnamədə o da qeyd olunur ki, 2022-ci il fevralın 24-də Rusiya silahlı qüvvələri Ukraynaya qarşı amansız müharibəyə başlayıb, məqsədi bu suveren ölkəni dünya xəritəsindən silmək və xalqını məhv etməkdir.
Senatorlar həmçinin qeyd edirlər ki, rus işğalçıları mülki obyektləri bombalamaqla Ukrayna şəhərlərinin sakinlərini qorxudurlar.
Rusiya forması geyinmiş quldurlar işğal olunmuş ərazilərdə hərbi əsirlərə və dinc əhaliyə işgəncə verib qətlə yetirirlər. Onlar ukraynalı uşaqları oğurlayır, deportasiya edir, evlərindən çıxarır və Ukrayna vətəndaşlarını Rusiyanın ucqar yerlərinə göndərirlər", – qətnamədə deyilir.


