“Bayraktarlar” istehsal edən türk şirkəti Ukraynadakı fabrikin tikintisini iki ilə başa çatdırmağı planlaşdırır
“Bayraktar” pilotsuz uçuş aparatlarını buraxan Türkiyənin “Baykar” şirkəti Ukraynada fabrik tikintisini iki ilə başa çatdırmağı planlaşdırır.
InterPress.ge xəbər verir ki, “BBC”nin rus xidmətinin yazdığına görə, bu barədə şirkətin baş direktoru Haluk Bayraktar bildirib.
Rusiya müdaxiləsi zamanı Ukraynanın müdafiəsində türk şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatları mühüm rol oynayıb. Ukraynaya yeni “bayraktarlar” almaq üçün könüllülər müxtəlif ölkələrdə pul toplayıblar.
Türkiyə və Ukrayna fevralın 24-dən əvvəl pilotsuz uçuş aparatlarının istehsalı üzrə zavodun tikintisi ilə bağlı müqavilə imzalayıb. Avqust ayında Ukraynanın Türkiyədəki səfiri zavodun bir neçə aya tikiləcəyini və 2023-cü ildə istifadəyə veriləcəyini bildirmişdi.


