Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda görüşəcək
Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə yaxın vaxtlarda Vaşinqtonda görüş keçirəcək.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Ayxan Hacızadə təsdiqləyib.
“Bəli, yaxın vaxtlarda ABŞ dövlət katibinin təşəbbüsü və iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş planlaşdırılır”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Məlumat üçün bildirək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan indiyə qədər planlaşdırılan görüş barədə məlumat verib.
O qeyd edib ki, bir neçə gündən sonra Vaşinqtona gedir, orada azərbaycanlı və amerikalı həmkarları ilə görüşməyi planlaşdırır.


