Baş nazir müxalifətə səsləndi: "Sizin etdiyiniz əməllər psixoloji terrorun klassik nümunəsidir"
"Sizin gördüyünüz və etdiyiniz əməllər psixoloji terrorun və informasiya müharibəsinin klassik nümunəsidir".
InterPress.ge məlumat verir ki, bu sözləri Gürcüstanın baş naziri İrakli Ğaribaşvili parlamentdə çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, əvvəlki hakimiyyətin insanlara fiziki işgəncə verməsi, terrorda saxlaması ilə yanaşı, onlar öz televiziyaları vasitəsilə psixoloji müharibə də aparırdılar.
"Son 10 ildə gördüyünüz və davam etdirdiyiniz işlər xüsusi xidmət orqanlarının və təlim keçmiş şəxslərin etdiyi psixoloji terror və informasiya müharibəsinin klassik nümunəsidir. Bu, klassik informasiya müharibəsidir. Bəs kimə qarşı? Düşmənlərə qarşı deyil, öz xalqına qarşı", -deyə Ğaribaşvili öz çıxışında qeyd edib.


