Gürcüstanın Ruhanilər Heyətinin Azərbaycan səfiri ilə görüşü keçirilib
Gürcüstanın Ruhanilər Heyətinin Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri cənab Faiq Quliyevlə görüşü keçirilib.
InterPress.ge xəbər verir ki, görüşdə Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi hacı Ramin İgidov qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Azərbaycanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinə təbriklərini çatdırıb.
O, Gürcüstanda yaşayan azərbaycanlılara göstərdiyi qayğıya və dəstəyə görə cənab səfirə öz adından və ruhanilər adından təşəkkür edib.
İsti və səmimi abu-havada keçən bu görüşdən daha sonra cənab şeyx sözünün davamında son zamanlar Azərbaycanda bəzi TV, qurum və məsul şəxslərin söylədikləri əsassız qarayaxmaların məqbul olmadığını bildirib.
Cənab səfir Faiq Quliyev öz nöbəsində ruhanilər heyətini və bütün dünya azərbaycanlılarını qarşıdan gələn Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik etdikdən sonra bildirib ki, istər Xəzər tv və istərsə də, parlamentin hər hansı bir üzvünün mövqeyi dövlətin mövqeyini sərgiləmir.
Azərbaycan hər zaman və bütün sahələrdə Gürcüstanda yaşayan soydaşlarımızın yanındadır. Onlara dini sahədə də dəstəyini əsirgəməyəcəkdir.


