Gürcüstan iqtisadiyyatı artıb
Son 11 ayın məlumatına görə, Gürcüstan iqtisadiyyatı orta hesabla 10% artıb və iqtisadi artımın 2023-cü ildə də bu tempi qoruyacağı gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə maliyyə naziri Laşa Xuçişvili açıqlama verib
Laşa Xuçişvilinin qeyd etdiyinə görə, ölkədə inflyasiya azalmağa başlayıb. Onun sözlərinə görə, dekabrda inflyasiyanın səviyyəsi 9,8% təşkil edib.
“2023-cü ildən bir sıra dəyişikliklər həyata keçiriləcək. Dövlət işçilərinin əmək haqları artıq 10% artıb. İstisnalar ordu, polis və təhlükəsizlik xidmətləridir, burada maaşlar 20% artıb.
Əvvəllər mövcud olan bütün sosial istiqamət proqramlarının saxlanılması da vacibdir.
Ötən ili iqtisadi istiqamətdə ümumiləşdirmək istərdim. Son 11 ayın məlumatına görə, Gürcüstan iqtisadiyyatı orta hesabla 10% artıb. 2023-cü ildə də iqtisadi artımın bu göstəricidə saxlanılacağı gözlənilir. Mən bəzi makroiqtisadi parametrlərə diqqət yetirmək istərdim. Hökumətin əsas prioritetlərindən biri büdcə kəsirinin azaldılması idi. İlin əvvəlində büdcə kəsirinin faktiki göstəricisi 4,4 idisə, ilin sonunda 3,1-ə qədər azaldı ki, bu da ölkə üçün ciddi uğurdur.
İnflyasiya da azalmağa başladı. Dekabrda 9,8% inflyasiya qeydə alınıb. Yaxın aylarda inflyasiyanın azalmasının daha da sürətlənəcəyini düşünürəm”, - deyə Laşa Xuçişvili bildirib.


