10 
Yan
2023
19:03
985

Sarpi gömrük keçid məntəqəsində bəyan edilməmiş qızıl-zinət əşyaları aşkar edilib

Sarpi gömrük keçid məntəqəsində bəyan edilməmiş 376,48 qram qızıl-zinət əşyaları aşkar edilib. 

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gəlirlər Xidməti yayıb.

Onların verdiyi məlumata görə, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük əməkdaşları tərəfindən “Sarpi” gömrük-keçid məntəqəsində Gürcüstan vətəndaşlarının üzərində keçirilən axtarış nəticəsində ümumi çəkisi 376,48 qram olan bəyan edilməmiş qızıl-zinət əşyaları aşkar edilərək götürülüb.

“Qeyd edək ki, Gürcüstan vətəndaşı gömrük nəzarətindən yan keçmək məqsədilə sərnişin avtobusunun oturacağının altına bəyan edilməmiş qızıl əşyalar qoyub və gizli yolla keçirməyə cəhd edib.

Qızıl zinət əşyalarının ümumi gömrük dəyəri 33 628,5 lari təşkil edib.

Gömrük Məcəlləsinin 168-ci maddəsinin I hissəsinə əsasən qanunu pozan vətəndaşlardan birinə sanksiya qismində 5244,5 lari məbləğində cərimə tətbiq edilib, digərinə qarşı müvafiq tədbirlərin görülməsi üçün iş materialları Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər