12 
Yan
2023
00:30
894

Yolun buz bağlaması ağır yol qəzasına səbəb oldu

Sığnağidə 1 nəfərin ölümü, 1 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.

InterPress.ge xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, avtomobil sürüşərək dərəyə düşüb. 
Avtomobildə 4 sərnişin olub, Siğnaği bələdiyyəsinin satınalma xidmətinin rəisi işləyən 60 yaşlı qadın hadisə yerində ölüb, eyni xidmətin digər əməkdaşı isə ağır yaralanıb. O, xəstəxanaya çatdırılıb, ona müvafiq müalicələr aparılır.

Polis hadisə yerinə səfərbər edilib.

Bizimlə əlaqə saxlayın