02 
Fev
2023
11:33
405

2022-ci ildə Gürcüstanda 176 cinsi təcavüz faktı qeydə alınıb

Ötən il Gürcüstanda 176 zorlama faktı qeydə alınıb, onlardan 123-ü (69,89%) hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən açılıb.

InterPress.ge xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin statistik məlumatlarında qeyd olunub.

2022-ci ildə cinsi azadlıq və toxunulmazlıqla bağlı ümumilikdə 578 fakt qeydə alınıb, onlardan 402-si (69,55%) açılıb. Sözügedən hallara zorlama ilə yanaşı, cinsi hərəkətlər də daxildir.
2021-ci ilin məlumatlarına gəlincə, cinsi azadlıq və toxunulmazlıqla bağlı ümumilikdə 530 fakt  qeydə alınıb, onlardan 265-i (50%) açılıb. Onların arasında 170 zorlama faktı olub, onlardan 97-i (57,06%) hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfdən açılıb.

Məlumat üçün bildirək ki, ötən il Gürcüstanda ümumilikdə 54 435 cinayət qeydə alınıb, onlardan 3 3805 fakt (62,1%) hüquq-mühafizə orqanları tərəfindən açılıb.

Bizimlə əlaqə saxlayın