20 
Fev
2023
12:36
301

2022-ci ildə Gürcüstanda işsizliyin səviyyəsi 16 faiz azalıb


 2022-ci ilin IV rübündə Gürcüstanda işsizliyin səviyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz  azalaraq 16,1 faiz təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat verib.
 

“Sakstat”ın  məlumatına görə, 2022-ci ilin IV rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə muzdla işləyənlərin sayı 429 min nəfər (5,1%) artaraq 884,1 min nəfərə çatıb. Özünüməşğulluq sahələrində olanların sayı isə 180 min nəfər (4,5%) artaraq 4204 min nəfər olub. Həmin dövrdə işsizlərin sayı 423 min nəfər (14,5%) azalaraq 2495 min nəfər olub.
 

“2022-ci ilin IV rübündə işçi qüvvəsində iştirak səviyyəsi (15 və yuxarı yaşda olan əhalidə işçi qüvvəsinin payı) əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz  artaraq 52,7 faiz səviyyəsində müəyyən edilib. Özünüməşğulluğun səviyyəsi isə 2,8 faiz bəndi artaraq 44,2 faiz təşkil etmişdir. Şəhər tipli qəsəbələrdə işçi qüvvəsinin iştirak səviyyəsi 1,3 faiz bəndi, kənd tipli qəsəbələrdə isə 1,7 faiz bəndi, məşğulluğun səviyyəsi isə şəhər tipli qəsəbələrdə 3,0 faiz bəndi, 2,3 faiz bəndi artmışdır.  Kənd tipli qəsəbələrdə  müvafiq olaraq 45,8 faiz və 42,1 faiz təşkil edib.

Kişilər arasında işsizlik nisbəti ənənəvi olaraq qadınlardan daha yüksəkdir. 2022-ci ilin IV rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qeyd olunan göstərici qadınlarda 3,1 faiz , kişilərdə isə 2,8 faiz azalmışdır. Kişilər arasında işçi qüvvəsində iştirak nisbəti qadınlardan daha yüksəkdir. 2022-ci ilin IV rübündə qeyd olunan göstərici qadınlarda 42,7 faiz, kişilər arasında isə 64,0 faiz təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qadınlar arasında işçi qüvvəsində iştirak səviyyəsi 1,9 faiz bəndi, kişilər arasında isə 0,9 faiz bəndi artmışdır. 2022-ci ilin IV rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məşğulluğun səviyyəsi həm qadınlar, həm də kişilər üzrə müvafiq olaraq 2,9 və 2,5 faiz artıb”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər