İrakli Ğaribaşvili: "Qiymətləri aşağı salmaq və əsas məhsulları yüksək marja ilə satmamaq çox vacibdir"
"Əsas məhsulları yüksək marja ilə satmamaq, qiymətləri aşağı salmaq bizim üçün çox vacibdir. Bu, bizim əhalimizə, xalqımıza təsir edir".
InterPress.ge xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bu barədə hökumətin iclasında bildirib.
Baş nazirin sözlərinə görə, qiymət 70-80, bəzi hallarda 100 faiz artırılıb və bu, qəbuledilməzdir.
"Məsələ mənim iki həftə əvvəl verdiyim sərəncama aiddir, o, ərzaq və yanacağın qiymətləri ilə bağlı idi. Bununla bağlı bir sıra görüşlər keçirilib. İqtisadiyyat, maliyyə və kənd təsərrüfatı nazirləri fəal iştirak edirdilər. Rəqabət Agentliyinin rəhbərliyi bu prosesdə tam iştirak edir. Həm idxalçılarla, həm də iri şəbəkələrlə çoxlu görüşlər keçirilib. Bir daha xalqımıza və cəmiyyətimizə izah etmək istəyirəm ki, ortaya çıxan mənzərə belədir ki, qiymətlər 70-80, bəzi hallarda isə yüzdə 100 artıb və təbii ki, bu qəbuledilməzdir", - deyə baş nazir bəyan edib.


