17 
Mar
2023
10:55
312

"Visol" - Martda dizelin ucuzlaşacağı gözlənilir

"Mart ayında gözləntilər dizelin qiymətinin aşağı düşməsinə yönəlib".

InterPress.ge xəbər verir ki, "Visol" şirkətinin baş direktoru Vasil Xorava BMG TV -də dizel və benzin tipli məhsulların qiymət dəyişməsi tendensiyalarından danışıb.

Onun sözlərinə görə, yaxın vaxtlarda qiymət azalması əsasən dizel məhsulları üzrə gözlənilir, lakin dünya bazarında neftin ucuzlaşması 2-3 həftədən sonra benzinin qiymətində də özünü göstərəcək.

"Neftin ucuzlaşmasına yönələn dəyişiklikləri götürsək, bu təbii olaraq spotun qiymətinin korreksiyasına gətirib çıxaracaq və spot məhz bizim rəhbər tutduğumuz göstəricidir. Bu dəyişiklik təxminən 2-3 həftədən sonra benzin tipli məhsulların qiymətində də özünü göstərəcək", - Vasil Xorava deyib.

“Visol” şirkətinin baş direktorunun sözlərinə görə, bir qayda olaraq, yanacaqdoldurma məntəqələri neft məhsullarını bir aylıq ehtiyatla doldurur və bu səbəbdən dünya bazarında baş verən dəyişiklikləri Gürcüstanda əks etdirmək üçün eyni vaxt tələb olunur.
 

Bizimlə əlaqə saxlayın