29 
Mar
2023
12:13
293

Moldova, Ukrayna və Gürcüstanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara ilin sonuna kimi başlanacağı gözlənilir

"Moldova, Ukrayna və Gürcüstanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara ilin sonuna kimi başlanmalıdır".

InterPress.ge xəbər verir ki, bunu Avropa Şurasının prezidenti Şarl Mişel Moldovaya səfəri zamanı keçirilən mətbuat konfransında deyib.

Mişelin sözlərinə görə, bu üç ölkənin əldə etdiyi tərəqqi ilə bağlı Avropa Komissiyasının növbəti hesabatı gələn ay dərc olunacaq və onun əsasında Avropa Şurası ilin sonuna kimi onlarla danışıqlara başlamaq barədə qərar qəbul edəcək. Şarl Mişel Avropa Komissiyasının yekununun müsbət olacağına ümid etdiyini bildirib.

"Bir tərəfdən, Avropa Komissiyası Moldova, Ukrayna və Gürcüstan, eləcə də Qərbi Balkanlar üçün Aİ-yə üzvlük prosesi ilə bağlı hesabat dərc etməlidir. Mən təsdiq etmək istərdim ki, ilin sonuna qədər bu məsələni Avropa Şurası qarşısında qaldırmaq niyyətindəyəm. Bu o deməkdir ki, ilin sonuna kimi Şura bu ölkələrlə üzvlük danışıqları prosesinə başlamaq məsələsi ilə bağlı qərar qəbul etməlidir. Bu, Avropa Komissiyasının hazırlayacağı hesabatı nəzərə alaraq siyasi qərar olacaq. Səmimi qəlbdən ümid edirəm ki, ilin sonuna kimi müsbət qərar qəbul etmək mümkün olacaq”, - Şarl Mişel bildirib.

Bizimlə əlaqə saxlayın