13 
Fev
2020
15:45
927

Rusiya Tiflisə uçuşları bərpa etməyəcək - Karasin

Gürcüstanın Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze ilə martda baş tutacaq danışıqlarda söhbət Moskva və Tiflisin münasibətlərinin inkişafından gedəcək.

InterPress.ge xəbər verir ki, bunu rusiyalı senator, xarici işlər nazirinin keçmiş müavini Qriqori Karasin deyib. O, danışıqlarda Rusiya ilə Gürcüstan arasındakı aviaəlaqələrin bərpasının müzakirə edilməyəcəyini bildirib.

Karasin qeyd edib ki, tərəflər hansı sferalarda münasibətlərin yoluna qoyulmasının mümkünlüyünü müzakirə edəcəklər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər