17 
Iyl
2020
11:12
2843

Səhiyyə Nazirindən koronavirusla bağlı gözlənilməz ŞAD XƏBƏR

"Baxmayaraq ki, mənbəyi bilinməyən koronavirusun 2 yeni halı qeydə alınıb, ölkədə vəziyyət qənaətbəxşdir".

InterPress.ge xəbər verir ki, bu barədə səhiyyə naziri Ekaterine Tikaradze qeyd edib.

"Məlumdur ki, mənbəni araşdırmaq üçün müəyyən vaxt lazımdır. Epidemioloji vəziyyətdən irəli gələrək mənbənin araşdırılması üçün resurs var. Biz deyə bilmərik ki, Gürcüstanda koronavirusun yeni halı qeydə alınmır. Hal hazırda 108 aktiv virus daşıyıcımız var. Bundan irəli gələrək rejimdə qalmaqda davam edəcəyik. Biz mütəmadi şəkildə monitorinqlər həyata keçiririk ", - dedi Tikaradze.

Onun sözlərinə görə, hal hazırki vəziyyətə görə, ölkədə koronavirusun ikinci dalğasının riski yoxdur.

"Lakin virusun xüsusiyyətlərindən və qonşu ölkələrdə eləcədə dünyada mövcud epidemioloji vəziyyətdən irəli gələrək Gürcüstanda virusun artma riski ola bilər. Bunun üçün hospital sektorunu hazırlayırıq və gücləndiririk ki, insanları və virusu idarə edə bilsinlər ", - dedi Tikaradze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər