13 
May
2023
09:40
516

Vladimir Putin əhalinin ölkədən çıxışını azaltmaq üçün tədbirlər haqqında fərman imzalayıb

Rusiya prezidenti Vladimir Putin ölkədən əhalinin xaricə axınının azaldılması üçün tədbirlər görmək haqqında sərəncam imzalayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Bildirilib ki, mayın 12-də o, Rusiya dövlət miqrasiya siyasətinin konsepsiyasını dəyişdirməli olan müvafiq fərmanı imzalayıb.

Sənədə əsasən, “2022-ci ildə dəyişmiş sosial-iqtisadi şəraitin təsiri altında Rusiya Federasiyası əhalisinin xaricə axını artıb”. Dəyişən şərtlər dedikdə nə nəzərdə tutulduğu açıqlanmayıb.

Fərmanda qeyd edilib ki, hakimiyyət orqanları “insan kapitalının qorunması üçün əhalinin xaricə axınını azaltmaq məqsədilə cəlbedici maliyyə, sosial və digər mexanizmlərin yaradılması” üçün əlavə tədbirlər görməlidir.

Konsepsiyada Rusiyanın ilhaq etdiyini elan etdiyi “Ukraynanın dörd regionunun sakinlərinin xaricdən qayıtması üçün şəraitin yaradılmasına” aid bənd də var. Bunlar Donetsk, Luqansk, Zaporojye və Xersondur.

Qətnamənin digər bəndində Rusiyada “əcnəbi vətəndaşların əmək fəaliyyətinin həyata keçirilməsinə mütəşəkkil cəlb olunmasının miqyasının artırılması” nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər