CNN - Rusiya Ukraynada Amerikanın "Patriot" raket sistemini məhv etməyə çalışıb
Ötən həftə Rusiya Ukraynada Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemini hipersəs raketi ilə məhv etməyə çalışıb.
InterPress.ge xəbər verir ki, CNN bu barədə iki amerikalı rəsmiyə istinadən məlumat verib.
Onların məlumatına görə, hücum uğursuz alınıb – Ukrayna hərbçiləri “Patriot” sistemindən istifadə etməklə raketi dəf ediblər.
CNN-in mənbələrindən biri qeyd edib ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri Rusiya raketini dəf etmək üçün Patriotdan çoxsaylı raketlər atıb ki, bu da onların bu güclü raket sistemindən istifadəni tez mənimsədiyini göstərir.
Xatırladaq ki, Pentaqonun mətbuat katibi Patrik Rayder bir neçə gün əvvəl ukraynalıların Patriot sistemindən istifadə etməklə Rusiyanın “Kinjal” hipersəs raketini vurduğunu təsdiqləyib.
Məlumat üçün bildirək ki, Ukrayna hava hücumundan müdafiəni gücləndirmək üçün ən azı iki “Patriot” raket kompleksi alıb – birini ABŞ-dan, birini isə Almaniyadan.


