“Azimut” aviaşirkəti Abxaziya və Cənubi Osetiyanı saytda dərc olunan ölkələr siyahısından çıxarıb
Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşlara başlamağı planlaşdıran Rusiyanın “Azimut” aviaşirkəti Abxaziya və Cənubi Osetiyanı öz saytında dərc olunan ölkələr siyahısından çıxarıb.
InterPress.ge xəbər verir ki, bununla bağlı “Exokavkaza” məlumat verib.
Nəşrin məlumatına görə, “Azimut”un saytında Abxaziya və Cənubi Osetiya ayrı-ayrı ölkələr kimi göstərilmişdi.
“Exokavkaza” yazır ki, “Demokratiyanın keşikçiləri” qeyri-hökumət təşkilatının rəhbəri Qiorqi Mşvenieradze Gürcüstan hökumətinə müraciət edib: “Abxaziya və Cənubi Osetiyanı ayrı-ayrı dövlətlər kimi qeyd edən şirkətə icazə vermisiniz?”
Müraciətdən təxminən iki saat sonra Mşvenieradze yazı dərc edib, orada deyilir ki, “Azimut” Abxaziya və Cənubi Osetiyanı saytda göstərilən ölkələr siyahısından çıxarıb.
Nəşr yazır ki, “Azimut” mayın 17-dən Moskvadan Tbilisiyə uçmağa icazə alıb.
Aviaşirkət artıq Moskva-Tbilisi-Moskva reyslərinə biletlərin satışına başlayıb. Moskvadan biletin minimum qiyməti 17 148 rus rublu (215 ABŞ dolları), Tbilisidən 20 675 rubl (260 ABŞ dolları) təşkil edir.


